wrapper

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Futbol11.az xəbər verir ki,  2-ci oyun günündə keçirilən 8 qarşılaşmadan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 

23-cü pillədə qərarlaşan ölkəmizin aktivində 19.125 xal var. Bizi qabaqlayan İsveçin 19.225, izləyicimiz Bolqarıstanın isə 18.875 xalı var.

 

Qeyd edək ki, avrokubokların təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə 0.125 qrup məhələsində isə müvafiq olaraq 0.500 və 0.250 əmsal verilir.