wrapper

 

Bu gün futbolçuya ən çox ehtiyacı olan komanda “Keşlə”dir. Transfer qadağalarından əziyyət çəkən komanda qışda güclənmək məcburiyyətindədir.

Bir müddət öncə bu tip işlərə start verən “Keşlə”yə milli komandanın sabiq üzvü Vaqif Cavadov məşq etmək məqsədi ilə cəlb olunmuşdu. Onunla müqavilənin imzalanması nəzərdə tutulmuşdu. Amma Cavadov artıq 1 həfətdir ki, məşqlərə qoşulmur. 

Klubdan Futbol11.az saytına verilən məlumata görə, Cavadov hazırlığda iştirak etmir. Hadisələrin necə inkişaf edəcəyi isə məlum deyil. 

Qeyd edək ki, “Keşlə” “İnter” adlanan zaman Cavadov bu komandanın kapitan sarğısını daşıyıb.