wrapper

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış matçının baş tutacağı şəhəri açıqlayıb.

Futbol11.az xəbər verir ki, turnirin ilk oyunu İtaliyanın paytaxtı olan Romada reallaşacaq.

AÇ-2020-nin qrup mərhələsinin matçlarının oynanılacağı şəhərlər də açıqlanıb. A qrupunun oyunları paytaxtımız Bakı şəhəri il birgə Romada təşkil ediləcək.

A qrupunun 3 oyunu Bakıda baş tutacaq. 1/4 finalın 1 görüşü də ölkəmizdə keçiriləcək. 

Yarım finallar və final isə Londonda keçiriləcək.

A qupu: Roma və Baku

B qrupu: Sant Peterburq və Kopenhagen

C qrupu: Amsterdam və Buxarest

D qrupu: London və Qlazqo

E qrupu: Bilbao və Dublin

F qrupu: Münhen və Budapeşt

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017