wrapper

İlin ən yaxşı futbolçusuna verilən “Ballon d’Or” mükafatının sahibi “Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo olub.

 Futbol11.az xəbər verir ki, bu, Ronaldonun karyerasında 5-ci, ardıcıl isə 4-cü “Ballon d’Or” mükafatı kimi tarixə keçib. Beləliklə, portuqaliyalı ulduz bu sahədə 5 mükafatı olan Lionel Messiyə çatıb.

Qeyd edək ki, Ronaldo daha öncə 2008, 2013, 2014 və 2016 illərdə də bu titula layiq görülmüşdü.

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017