wrapper

Bu gün Topaz Premyer Liqasında 4-cü turdan təxirə salınmış “Səbail” - “Qarabağ” oyunu keçirilib.

Futbol11.az xəbər verir ki, Ağdam təmsilçisi bu oyunda qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisi ilə xal fərqini 6-ya yüksəldəcəkdi. "Səbail" isə doğma meydanda keçirəcəyi ikinci oyundan xalla ayrılmaq arzusundaydı.

İki qolun qeydə alındığı matç qonaqların inamlı qələbəsiylə başa çatıb. Beləcə, son illərin dəyişməz çempionu ilin son çempionat matçından da qalib ayrılıb.

Bu qarşılaşma 2017-ci ildə keçirilən son çempionat oyunu olub. Premyer Liqada 3-cü dövrəyə gələn ilin fevralında start veriləcək.  

19:00. “Səbail” – “Qarabağ” - 0:2

Qollar: Pedro Enrike, 57, Dani Kintana, 69 (p)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Vüsal Əliyev 

“Bayıl Arena”

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 18. Adrian Popoviçi, 23. Ayron Stati, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.

Baş məşqçi: Samir Əliyev.

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 47. Əsgər Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 88. Elşən Abdullayev.

 

Baş məşqçi: Qurban Qurbanov.

Son redaktə Cümə, 08 Dekabr 2017