wrapper

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Aue" kubunda bu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbol11.az xəbər veror ki, 1400 azarkeş arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.

 

Son redaktə Çərşənbə axşamı, 12 Dekabr 2017