wrapper

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” “Zirə”ni qəbul edir.

Futbol11.az xəbər verir ki, 8-ci km stadionunda keçirilən görüşü izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov və PFL-in prezidenti Ramin Musayev də var. 

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab meydan sahiblərinin xeyrinədi - 2:0.

Xatırladaq ki, bu komandalar arasında Zirədə baş tutmuş ilk oyun qəsəbə təmsilçisinin minimal hesablı (1:0) qələbəsi ilə nəticələnib.

Son redaktə Cümə axşamı, 14 Dekabr 2017