wrapper

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” səfərdə “Səbail”i 4:2 hesabıyla məğlub edib. Evdə keçirdiyi ilk matçda 1:0 hesabıyla qalib gələn “qırmızı-qaralar” yarımfinala vəsiqə qazanıb. 

Futbol11.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim.

- Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?

- Hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi. 

- Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?

- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik. 

- Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?

- Hələ ki, bəlli deyil.

Son redaktə Cümə, 15 Dekabr 2017