wrapper

“Zirə”nin Futbol Akademiyasının koordinatoru Adil Şükürov Türkiyədə olub.

Futbol11.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis burada bir sıra görüşlər keçirib. Şükürov qardaş ölkədə Təbrizin “Trakto Sazi” klubunun rəhbərliyi ilə də görüşüb: “Türkiyədə “Traktor Sazi”nin rəhbərliyi ilə görüşdüm. Gələcək planlardan, klublarda gedən işlərdən, gəncləşdirmə siyasətindən danışıq. Sonda klubun vitse-prezidenti Səid Acullu bizi İrana dəvət etdi ki, gələcəkdə əlaqələrimizi daha da möhkəmləndirək. Onlar biləndə ki, mən futbolçu kimi “Traktor Sazi”də oynamışam, daha da çox yaxınlıq etməyə başladılar”.

Bundan başqa, Adil bəy qardaş ölkədə Türkiyə U-19 millisinin baş məşqçisi Vedat İnceefe və Türkiyə aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru Tolunay Kafkasla görüşüb.