wrapper

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Futbol11.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Haydenhaym”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini məhz Nazarov verib. Lakin "Aue" son saniyələrdə buraxılan topla qələbəni əldən verib.

“Aue” 23 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.