wrapper

Futbol üzrə Kipr çempionatında 16-cı turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Aris Limassol”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, geridə qalan turlarda 36 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

 

 

Son redaktə Şənbə, 16 Dekabr 2017