wrapper

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında çıxış edən klublardan “Yasamal”da baş məşqçi dəyişikliyi baş verib.

Futbol11.az xəbər verir ki, ilk turdan komandanı oyunlara çıxaran iranlı mütəxəssis Hamed Rza Fərzani bundan sonra futzal komandasına rəhbərlik etməyəcək.  Son iki oyunda “Yasamal”a başçılıq edən Rüfət Hüseynov bu postu tutub. Yeri gəlmişkən, bu, Yüksək Liqanın cari mövsümündə ilk baş məşqçi dəyişikliyidir.

Qeyd edək ki, R.Hüseynov “Yasamal-2”nin həm kapitanı, həm də oynayan məşqçisidi.

Son redaktə Bazar, 17 Dekabr 2017