wrapper

Mövsümün ilk hissəsini sonuncu pillədə başa vuran "Kəpəz" qış transfer dönəmində heyətində köklü dəyişikliklər edəcək. Futbol11.az xəbər verir ki, artıq bir neçə futbolçu ilə yollarını ayıran Gəncə təmsilçisi yeni futbolçularla güclənəcək. 

"Keşlə"nin qapıçısı Orxan Sadıqlı ilə ilkin razılıq əldə edən "sarı-göylər" daha bir futbolçunun keçidini həll edib. Söhbət digər Premyer Liqa təmsilçisi "Zirə"nin heyətinə düşməkdə çətinlik çəkən Murad Səttarlıdan gedir. Azərbaycan yığmasının sabiq oyunçusu yaxın günlərdə "Kəpəz"lə münasibətlərini rəsmiləşdirəcək. 

Qeyd edək ki, 25 yaşlı futbolçu  karyerası ərzində "Qarabağ", MOİK, "Sumqayıt", "Simurq" və AZAL kimi komandalarda forma geyinib. 

Son redaktə Bazar, 17 Dekabr 2017