wrapper

Premyer Liqanın debütantı "Səbail" klubu qış transfer çalışmalarını davam etdirir. Heyətə düşməkdə çətinlik çəkən və ümidləri doğrultmayan futbolçularla yollarını ayıran Bayıl təmsilçisi yeni futbolçlarla danışıqlara başlayıb. 

Futbol11.az xəbər verir ki, artıq "aslanlar"ın razılıq əldə etdiyi 2 futbolçunun adı bəllidi. Söhbət "Neftçi"nin futbolçuları Fəhmin Muradbəyli və Rahil Məmmədovdan gedir. Hər iki ftbolçu yeni futbol ilində "Səbail"in uğurları üçün çalışacaqlar. 

Qeyd edək ki, Fəhmin və Rahil "Neftçi"nin yetirməsidi. 

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 18 Dekabr 2017