wrapper

"Qəbələ"də gördüyüm münasibətə görə klubun üzvlərinə təşəkkür edirəm. Onlar mənə kömək etmək üçün əllərindən gələni əsirgəmirdilər". Futbol11.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq üzvü Endi Hallidey deyib. 

Əaylət klubundan ayrılaraq "Reyncers"ə qayıdan şotlandiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

Yarımmüdafiəçi Azərbaycandakı karyerasının istədiyi kimi alınmadığını bildirib: "Qəbələ çox yacşı şəhərdi. Klubun öz layihəsi, infrastrukturu var və bunu getdikcə inkişaf etdirir. Sadəcə, ora olmaq istədiyim yer deyildi. Düşünürəm ki, klub rəsmiləri bunu ilk gündən anlamışdılar. Əsas məqsədim yanvarda "Reyncers"ə qayıtmaq idi. Amma peşəkar davranmaq məcburiyyətində idim. Daha çox oyun keçirmək istəyirdim. Lakin vaxt keçdikcə istədiyim qədər oyun praktikası əldə etmədim. Əksər şotlandiyalı gənc futbolçular "Reyncers"də oynamağı arzu edirlər. Bu baxımdan bəxtim gətirib".

Hallidey sonda Azərbaycanda oyunlara az sayda azarkeş gəlməsinə də toxunub: “Mən “Reyncers”də möhkəmlənmək istəyirəm. Burda üzərimdə böyük təzyiq olacağını bilirəm. Səbrli olmalıyam. “Reyncers” böyük klubdu və burda Azərbaycandakı kimi 1500 azarkeş qarşısında oynamayacağımı bilirəm”.

Qeyd edək ki, Hallidey "Qəbələ"yə mövsümün əvvəlində keçmişdi. O, Avropa Liqasında komandaya kömək etsə də, daxili çempionatda şans qazanmırdı.

Futbol11.az  

Son redaktə Cümə, 12 Yanvar 2018