wrapper

"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, o, 34 yaşında futbolla vidalaşmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu “Levadiya”nın akademiyasında idman direktoru kimi çalışacaq.

Xatırladaq ki, Estoniya millisinin sabiq üzvü 2009/10 mövsümündə “Neftçi”nin şərəfini qoruyub. O, “ağ-qaralar”ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Vetaran hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, “Eupen”, “Brussels”, “Torpedo” (Moskva), “Ximki”, “Dinamo” (Tbilisi), “Luç Energiya” kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya “İnfonet”i olub.