wrapper

Millimizin futbolçusu Renat Dadaşov "İnstagram" səhifəsində etdiyi paylaşımla diqqət çəkib.

Futbol11.az xəbər verir ki, "Ayntraxt"ın hücumçusu məşqdə çəkilən şəklini paylaşıb və bu sözləri yazıb: “Yüksəkdən uçursan və anidən aşağı düşürsən . Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.

Almaniya mətbuatı onun bu paylaşımla Frankfurt klubunun idman direktoru Fredi Bobiçə cavab verdiyini yazıb.

Qeyd edək ki, Bobiç Dadaşovun fasilə dönəmində proqrama əməl etmədiyi üçün onun fiziki durumunun zəiflədiyini açıqlayıb. Bu səbəbdən millimizin oyunçusu "Ayntraxt"ın əsas komandası ilə İspaniyaya aparılmayıb.

Son redaktə Cümə, 12 Yanvar 2018