wrapper

“Vest hem” mövsümün əvvəlində Leverkuzen "Bayer"indən transfer etdiyi Xavyer "Çiçarito" Ernandeslə yolları ayırmaq fikrindədir.

Futbol11.az xəbər verir ki, London klubu 29 yaşlı forvardı transfer çıxarıb. Meksikalı hücumçu gözləntiləri vermədiyi üçün "çəkicdöyənlər"dən göndərilir.

Meksikalı forvard mövsümün əvvəlində 18 milyon avro qarşılığında transfer edilmişdi.