wrapper

Braziliyalı futbolçu Dario Frederikonun "Kəpəz"ə qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Futbol11.az xəbər verir ki, "sambaçı"nın yaxın günlərdə "sarı-göylər"lə müqavilə imzalayacağı iddia edilir. 

26 yaşlı hücumçu saytımıza məsələ ilə bağlı açıqlama verib. O, "Kəpəz"ə keçidinin reallaşmaq üzrə olduğunu bildirib: "Bəli, "Kəpəz"dən təklif almışam. Klubla müqavilə imzalamağım real məsələdir". 

Əldə etdiyimiz məlumata görə, Dario Gəncə klubu ilə mövsümün sonunadək sözləşmə imzalayacaq. 

Qeyd edək ki, Dario 2015/17-ci illərdə "Kəpəz"də çıxış edib. O, klubun heyətində keçirdiyi 34 oyunda 7 qola imza atıb. 

Mənbə: Futbol11.az