wrapper

Bu gün Azərbaycan Radiosunda “İdman” radiojurnalı verilişində İlkin Babanın qonağı “Sumqayıt”ın baş meneceri, akademiyanın rəhbəri Ceyhun Sultanov olub.

Sultanov verilişdə son günlər məşqçi Bəxtiyar Musayevin klubun ünvanına səsləndirdiyi ittihamları da cavablandırıb: “Hansı futbolçu gəlib “Sumqayıt”da “şikəst” olub? Ruslan Qurbanov gəldi bizə, qayıtdı “Neftçi”yə, oradan da “Qəbələ”yə. Cavid İmamverdiyev hansı durumda idi, indi hansı vəziyyətdədir. Mirsahib bir il bizim komandada oldu. Bir il də qalsaydı indikindən də yaxşı vəziyyətdə olacaqdı. Hansı futbolçunu ki, icarəyə götürmüşük, hamısı ölkənin ən yaxşı komandalarında oynayır. Ağabala Ramazanov bizdə oynadı, inkişaf etdi, milli komandaya düşdü. Bunlar hamısı göz önündədir”.