wrapper

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. "Ağ-qaralar" paraqvaylı futbolçunun keçidini həll edib.  

Paytaxt təmsilçisinin anlaşdığı Fransisko Qarsiya ötən gün axşam Bakıya gəlib. "Qato" ləqəbli 26 yaşlı hücumçu bu gün səhər yeni komandası ilə ilk məşqinə çıxacaq. 

Futbol11.az saytının məlumatına görə, "Neftçi" son olaraq "Kerro Pertono"da çıxış edən futbolçu ilə yaxın günlərdə müqavilə imzalayacaq. Mövsümün ilk yarısında oynamayan, oyun praktikasından əziyyət çəkən forvard "Neftçi" ilə 6 ay + 1 illik sözləşmə imzalayacaq. 

Qeyd edək ki, "Qato" karyerası ərzində "İndependiente", "Sportivo Luqueno", "Deportivo Kapiata", "Atletiko Huila" və "Nasional" kimi komandalarda çıxış edib.  26 yaşlı oyunçu baş məşqçi ilə münasibətləri yaxşı olmadığı üçün "Kerro Pertono"nu tərk edib. 

Futbol11.az 

Son redaktə Şənbə, 13 Yanvar 2018