wrapper

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Futbol11.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var. 

Qurban Qurbanov, 2017-ci ilin son cədvəlində 482-ci olsa da, bu dəfə geriləyib. O, hazırki siyahıda 483-cüdü. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da ötən siyahı ilə müqayisədə geriləyib. 2017-ci ilin son cədvəlində 949-cu olan Ukraynalı mütəxəssis hazırda 954-cüdü.

Ötən il siyahıda yer alan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə artıq siyahıda yoxdu.

Futbol11.az

Son redaktə Şənbə, 13 Yanvar 2018