wrapper

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

Futbol11.az xəbər ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-21 yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoxlama oyunları keçirəcək. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq.

Son redaktə Şənbə, 13 Yanvar 2018