wrapper

Çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün ilk yoxlama görüşünü keçirib.

Futbol11.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da I Divizion təmsilçisi “Xəzər”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən mübarizədə meydan sahibləri 1:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın yeganə qoluna Fərid Kərimzadə imza atıb. 

“Sumqayıt” – “Xəzər” 1:0

Qol: Fərid Kərimzadə.