wrapper

"Neftçi" mövsümün ikinci yarısının hazırlıqları çərçivəsində bu gün yoxlama matçına çıxıb. "Ağ-qaralar" "Keşlə" ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Futbol11.az xəbər verir ki, "Neftçi"nin kapitanı oyundan sonra jurnalistlərə müsahibə verib.

- Hazırlıq necə gedir?

- 1 həftədir ki, ağır məşqlər keçirik. Yükləmələr çoxdur. Antalya toplanışında yaxşı hazırlaşmalıyıq. “Kəpəz”lə çempionat matçında tam hazır olmalıyıq. Kuboka da iddiamız var? finala çıxmaq istəyirik. “Qəbələ” ilə oyun erkən final olacaq. Əsas odur ki. heç kəs zədələnməsin. Komandaya 1-2 oyunçu da qoşulmalıdır. İnşallah, çempionatın ikinci dövrəsinə hazır olacaqğıq.

- Sizcə, “Neftçi”yə çox transfer lazımdır?

- Məşqçilər korpusu siyahısını rəhbərliyə təqdim edib. Əlbəttə, istəyirik ki, yaxşı futbolçular, legionerlər komandamıza gəlsin. “Neftçi”yə layiq futbolçular olsun.

- Mövsümün ikinci yarısında “Neftçi”dən nə gözləmmək olar?

- Medal qazanmaq istəyirik. Amma bu, çətin görünür. Sona qədər mübarizə aparacağıq.  Avrokuboklara vəsiqə qazanmağı aruzlayırıq. Ölkə kubokunu da qazanmaq istəyirik. Yarımfinalda güclü rəqiblə qarşılaşacağıq. Yaxşı hazırlıq keçsək, kuboka yiyələnə bilərik.

- Qarşıdan milli komandamızın toplanışı gəlir. Baş məşqçi Qurban Qurbanovdan dəvət gözləyirsən?

- Əlbəttə, dəvət gözləyirəm. 8 ildir ki, milli komandanın formasını geyinirəm. Robert Prosineçki barədə danışmaq istəmirəm. Qurban müəllimin dönəmində yenidən öz mövqeyimdə oynamaq istəyirəm. Yığmaya fayda vermək istəyirəm. Əlbəttə, hər şey özümdən aslıdır. Zədələnməsəm, klubda uğurlu çıxış etsəm, milliyə dəvət alaram.

- Qurban Qurbanovun milliyə təyinatı barədə nə deyə bilərsən?

- Qurban müəllim azərbaycanlı futbolçuları tanıyır. Hamını izləyir və hər kəsin xarakterinə yaxşı bələddir. Məncə, yaxşı nəticələr olacaq. Millətlər Liqasında və AÇ-2020-nin seçmə mərhələsində iddialı olmalıyıq. Məncə, nəticə olacaq.

- “Neftçi”nin düşərgəsində millinin toplanışına yollanmaq klub üçün problem yaratmayacaq?

- Problem yaradır. Amma buna öyrəşmişik. Neçə ildir ki, belə davam edir.

- Ölkə kubokunda əsas favorit “Qəbələ” və “Neftçi” göstərilir. Bu duelin qalibini kuboka yiyələnəcəyini gözləmək olar?

- “Sumqayıt”ı da iddialı sayıram. “Keşlə” də yaxşı komanda qurur. “Qəbələ”ni keçsək, final oyunu daha rahat olacaq.

Son redaktə Bazar, 14 Yanvar 2018