wrapper

 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev gələcək həyatını ölkədən kənarda qurmaq niyyətindədir.

Futbol11.az saytının məlumatına görə, Amerika Birləşmiş Ştatlarının elan etdiyi “Green Card”ın qalibi olan Ağayev növbəti dəfə dünyanın ən böyük ölkələrindən birinə üz tutub. Əliyar Ağayevin budəfəki səfəri azərbaycanlı hakimlərin Antalya toplanışından öncə reallaşıb. FİFA referisi, perspektivinə böyük ümidlər bəslənilən Ağayevin məhz ABŞ-dan Türkiyəyə yollanacağı bildirilir.

Qeyd edək ki, Azərbaycanlı hakimlər bu gün Türkiyəyə yola düşəcəklər.