wrapper

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

Futbol11.az xəbər verir ki, "ağ-qaralar"ın düşərgəsinə son klubu Hollandiyanın "Qoy Ehed İqls" komandası olan mərakeşli müdafiəçi Roşdi Aşente qoşulub. 29 yaşlı futbolçu paytaxt klubunun heyətində yoxlama matçlarında iştirak edəcək. Sol cinah müdafiəçisinin performansı "Neftçi"nin məşqçiləe korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Roşdi Aşente Hollandiyanın PSV klubunun yetirməsidir. O, Hollandiyanın "Eyndhoven", "Zvolle", "Vitess", "Villem II" klublarında da çıxış edib. Hollandiya vətəndaşlığı olan Roşdi Mərakeşin əsas millisində 2 oyun keçirib.

Son redaktə Bazar ertəsi, 22 Yanvar 2018