wrapper

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər. Futbol11.az xəbər verir ki, Trnavanın "Spartak" klubundan ayrılan 28 yaşlı futbolçu "Aktobe" ilə müqavilə imzalamağa yaxındır. 

Serbiyanın "Vayvodina" klubuna keçidi baş tutmayan braziliyalı Qazaxıstana üz tutmağa razılıq verib. Hüumçu özünü yaxşı tərəfdən göstərə bilsə, klubla müqavilə imzalayacaq. 

Qeyd edək ki, Reynaldo ölkəmizdə çıxış etdiyi 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Futbol11.az 

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018