wrapper

"Qarabağ"ın futbolçusu Əfran İsmayılov zədəsini sağaldıb. Futbol11.az xəbər verir ki, millimizin Moldovaya qarşı keçirdiyi yoxlama oyununda zədə alan yarımmüdafiəçi sıralara dönməyə hazırdır.

Belə ki, təcrübəli futbolçu 2 gün sonra komanda ilə məşqlərə start verəcək. O,  Topaz Premyer Liqasının XVI turunda "Səbail"lə qarşılaşmada komandasına kömək edə biləcək.

Qeyd edək ki, Əfran Moldova ilə görüşün ilk hissəsində zədə alaraq, Ruslan Qurbanovla əvəzlənmişdi. 

Futbol11.az 

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018