wrapper

Moskvanın "Dinamo" klubundan göndərilən seneqallı futbolçu Xali Tiamın "Neftçi"yə keçidi baş tutmayıb. Futbol11.az xəbər verir ki, müqavilə ilə Macarıstanın MTK klubuna məxsus futbolçu karyerasını Bolqarıstanda davam etdirməyə qərar verib. 

24 yaşlı futbolçu Sofiyanın "Levski" klubu anlaşıb.  Orta sahə oyunçusu bu gün Sofiyaya gedib və axşam saatlarında klubla müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.  Seneqallı futbolçu Bolqarıstan klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.  "Levski" onun gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən Antoni Belmont və Nleuts Rosu ilə yollarını ayıracaq. 

Qeyd edək ki, adı "Neftçi" ilə yanaşı hallanan futbolçu karyerası ərzində "Çikaqo" və "Qaziantepspor" kimi komandalarda çıxış edib. Tiam Moskva "Dinamo"sunun heyətində Rusiya çempionatında 6 oyunda meydana çıxıb və 351 dəqiqə mübarizə aparıb.

Futbol11.az 

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018