wrapper

"Kəpəz"in yeni transferi Dario Frederiko forma nömrəsi üçün seçim edib.

Futbol11.az xəbər verir ki, braziliyalı vinger Gəncə klubunda 91 nömrəli forma altında çıxış edəcək. Dario 2015/2017-ci illərdə "Kəpəz"də çıxış edərkə 10 nömrəli formada top qovurdu. 10 nömrəli forma altında isə hazırda Tural Rzayev çıxış edir.

 

Əlavə edək ki, Dario Frederiko 2015/2017-ci illərdə "Kəpəz"də çıxış edib. O, Cənubi Koreyanın "Seongam" klubundan ayrıldıqdan sonra Nizami yurdunun təmsilçinə qayıdıb.

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018