wrapper

"Zirə" yeni transferi Aleksandr Dedovu PFL-ə sifariş edib.

Futbol11.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi komandanın iştirak ərizəsinə daxil edilib. Dedov "Zirə"də 9 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu Moldovanın "Milsami" klubundan "qartallar"a üz tutub.