wrapper

Azərbaycan milli komandasının üzvü Rauf Əliyevin klubsuzdur.

“Keşlə”dən ayrılıb Albaniyanın “Kukesi” klubuna keçən, ordan ayrıldıqdan sonra qaydalara əsasən heç bir klubla anlaşa bilməyən Əliyev hazırda fərdi məşqlərlə kifayətlənir. Amma Əliyev yaz - payız sistem ilə keçirilən, yəni hələ mövsümə start verilməyən çempionatların təmsilçisi ilə müqavilə imzalaya bilər.

Futbol11.az  saytının məlumatına görə,  Qazaxıstanın “Şaxtyor Karaqanda” təmsilçisi Rauf Əliyevin xidmətində maraqlı olub. Xəbərimizi açıqlamasında futbolçunun özü də təsdiqlədi: “Bəli, belə bir variant olub. “Şaxtyor”un xidmətimdə maraqlı olmasını 2 həftə öncə eşitdim. Amma hələ məsələ ilə bağlı yenilik yoxdur. Hazırda heç bir klubun düşərgəsində deyiləm”.

 

Son redaktə Çərşənbə axşamı, 13 Fevral 2018