wrapper

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

Futbol11.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XV turunun  “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Əvəzedici heyətlərin XV turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XV turunun “Zirə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).