wrapper

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yarışacaq Kosovo gələn ay iki yoxlama matçı keçirəcək. Futbol11.az xəbər verir ki, millimizin rəqibi martın 20-dən 27-nə qədər Fransanın paytaxtı Parisdə təlim-məşq toplanışında olacaq.

Kosovolular toplanış çərçivəsində əvvəlcə Madaqaskar, ardınca isə Burkina-Faso yığması ilə üz-üzə gələcəklər. Madaqaskarla qarşılaşma martın 24-də, Burkina-Faso ilə oyun isə ayın 27-də baş tutacaq. 

Qeyd edək ki, millimiz Millətlər Liqasında Kosovo ilə sentyabrın 7-də Bakıda, noyabrın 20-də isə səfərdə gücünü sınayacaq.

Son redaktə Çərşənbə, 14 Fevral 2018