wrapper

Topaz Premyer Liqasının XXIII turunda “Zirə” “Qarabağ”ı qəbul edir.

Futbol11.az xəbər verir ki, oyunun 63-cü dəqiqəsində gərginlik yaşanıb. Belə ki, matçın baş hakimi Ramil Diniyev meydanda gərginliyə səbəb olan futbolçuları - “Zirə”nin üzvü Akim Latifu və “Qarabağ”ın müdafiəçisi Ansi Aqollini sarı vərəqəylə cəzalandırıb. Ancaq bu hadisənin üzərindən bir neçə dəqiqə keçdikdən sonra Latifunun “sarı”sı “qırmızı”ya çevrilib. Məsələ burasındadır ki, Akim növbəti dəfə Aqollinin ayağına zərbə endirdiyindən hakimin “qırmızı üzü”nü görüb.