wrapper

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Zirə" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb.

Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.

- Qalib gələ bilməməyinizə nə mane oldu?

- Axırıncı söz-söhbətlərdən sonra hiss olunurdu ki, "Zirə" bizə qarşı çox ciddi hazırlaşıb. Onları başa düşürük. Biz də istəməzdik ki, belə söz-söhbətlər olsun. Guya qardaşlıqdı, nədi... Gördüyünüz kimi, bizə oynamağa imkan vermədilər,

- Qələbə qazanmağınız üçün nə çatmadı?

- Bir dənə qol çatmadı. 5 qol imkanımız olsa da, bundan yararlana bilmədik. Qol vursaydıq, Zirə" fərqli futbol oyanacağdıq. Hesab açılmadığı üçün qapalı oynadılar. Rəqib hücuma çıxmırdı. 

- "Qəbələ" də xal itirdi. Qələbə qazansaydız, liderliyini möhkəmləndirəcəkdiniz...

- Bu məlumatı oyun başlayanda aldım. Həmin matçdakı nəticənin bizə əlavə stimul olduğunu deməzdim. Uşaqların çoxu nəticəni bəlkə də indi öyrənirlər.

- "Qəbələ" ilə apreldəki oyunu final adlandırmaq olarmı?

-  Final oyunu deməzdim, qarşıda hələ çox oyun var. Hər tur nəticələr dəyişə bilər.