wrapper

Topaz Premyer Liqasının XXIII turunda baş tutan “Zirə” – “Qarabağ” matçında hesab açılmayıb. Futbol11.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin futbolçusu Sezar Meza Kolli əməkdaşımızın suallarını cavablandırıb:

“Düşünürəm ki, komandamız çox yaxşı oynadı. Müəyyən qədər qol imkanlarımız olsa da, yararlana bilmədik. Məncə, 3 xal qazana bilərdik”.

- Qələbə qazanmağa nə mane oldu?

- Hücumların azalmasına Akim Latifunun qırmızı vərəqə alması səbəb oldu. Məncə, bu amilin oyunumuza böyük təsiri oldu.

- “Qarabağ”  hakimə tez-tez etiraz edirdi. Səncə, bu nə ilə bağlı ola bilərdi?

- Bu barədə  hüç nə deyə bilmərəm. Amma bizim komanda çox yaxşı çıxış etdi və məşqçimizin dəyişiklikləri, əvəzetmələri öz yerində idi.

- “Zirə” qışdan sonra yaxşı çıxış edir və “Qarabağ”a qarşı yaxşı oyunlarınızdan birini sərgilədiniz. Özünüzü təsdiq etmək üçün belə oynayırdız?

- Deməzdim ki, qışdan əvvəl pis çıxış edirdik. “Zirə” həmişə yaxşı futbol sərgiləyib, bu, qışdan əvvəl də belə idi. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq, bundan sonra da bunu edəcəyik.

- “Zirə”nin “Qarabağ”la yaxşı münasibətlərinin olduğu deyilir. Bu barədə nə deyə bilərsən?

- Mən belə düşünmürəm. Ola bilər ki, mətbuat bu barədə yazır, amma belə deyil.

- Avrokubok şansınızı nə qədər görürsən?

- İndidən bu barədə danışmaq istəmirəm. Lakin sona qədər vuruşacağımızı deyə bilərəm.

Futbol11.az