wrapper

Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədovun AZAL-dan ayrılacağı dəqiqdir. Tərlan Əhmədovun istəyi ilə AZAL klubuna kömək edən Aqil Məmmədov artıq "təyyarəçi" olmaq niyyətində deyil. Belə ki, təcrübəli qolkiper iddiasız klubda oynamaq istəmir. 

Hazırda milli komandanın qapıçısının xidmətində “İnter” və növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” klubları maraqlıdırlar. Bizdə olan məlumata görə, Məmmədov hər iki komandanın rəsmiləri ilə görüşüb. “İnter”ə konkret olaraq yox deyən Aqil Məmmədov “Səbail” variantına yaxşı baxır. Burada bir açar məsələ var. Əgər Azərbaycan milli komandasının sabiq üzvü, ölkənin tanınmış futbol adamlarından olan Samir Əliyev “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi postundan istefa verib, “Səbail” ilə anlaşsa Aqil də paytaxt komandasının yolunu tutacaq. Məsələ qarşıdakı 10 gün ərzində dəqiqləşməlidir. 

Qeyd edək ki, Məmmədov mövsümün əvvəlindən AZAL-da çıxış edirdi.

Futbol11.az


Son redaktə Cümə axşamı, 20 Aprel 2017