wrapper

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələri ilə görüş keçirilib.

Çıxışlardan sonra Rus icmasının Nizami rayon şöbəsinin sədr seçkisi baş tutub. Yekdilliklə Rus icmasının Nizami rayon şöbəsinin sədri seçilən Vitali Kovalyov diqqətə çatdırıb ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.

Qeyd edək ki, Vitali Kovalyov Azərbaycan futboluna çox tanış simadır. Ölkənin bir sıra elita klublarında oynamış, hətta Türkiyədə legioner həyatı yaşamış Kovalyov hazırda “Neftçi”nin əvəzedici heyətində qapıçı məşqçisi kimi fəaliyyət göstərir.

Mənbə: Futbol11.az

Son redaktə Cümə axşamı, 20 Aprel 2017