wrapper

Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı oyunçulardan olan Rauf Əliyev “İnter”dən ayrılmaq üzrədir.

Mövsümün son hissəsini əla keçirən hücumçu ilə bir neçə klub maraqlanır. Bizdə olan məlumata görə, avrokuboklara çıxmaq uğrunda mübarizə aparan “Zirə” Əliyevə elçi düşüb və tərəflər arasında ilkin danışıq olub.

Qeyd edək ki, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Rauf Əliyevi çox yaxından tanıyır. Məsələ burasındadır ki, Rauf Əliyev vaxtilə Ayxan Abbasovla birgə “Qarabağ”da çıxış edib.

Mənbə: Futbol11.az 

 

Son redaktə Cümə axşamı, 20 Aprel 2017