wrapper

Səlahət Ağayevlə 2 illik müqavilə imzalayan "Neftçi" "İnter"in daha bir futbolçusuna elçi düşüb. 

Futbol11.az xəbər verir ki, "ağ-qaralar" "sabiq bankirlər"in kapitanı Nizami Hacıyevi rənglərinə bağlamaq istəyir. Bizdə olan bilgiyə görə, artıq tərəflər arasında danışıqlara start verilib. Təcrübəli yarımmüdafiəçi mövsüm başa çatan kimi  "Neftçi"li olacaq. 

Qeyd edək ki, daha əvvəl "Olimpik", "Xəzər Lənkəran" və "Qəbələ" kimi komandalarda oynayan Hacıyev 2014-cü ildən "İnter"də çıxış edir. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 20 Aprel 2017