wrapper

Azərbycan millisinin üzvü Qara Qarayev karyerasını "Neftçi"də davam etdirə bilər. Futbol11.az xəbər verir ki, "ağ-qaralar" mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatan futbolçunu transfer etmək istəyir.

Əldə etdiyimiz məlumata görə, paytaxt təmsilçisi futbolçu ilə danışılara start vermək üzrədir. Əgər "Qarabağ" futbolçu ilə müqavilə imzalamasa və "Netçi" ilə maliyyə məsələlərində razılıq əldə olunsa, Qaranı gələn mövsümdən "ağ-qara"lı formada görə bilərik. 

Qeyd edək ki, 24 yaşlı futbolçunun xidmətində Rusiya "Lokomotiv"i də maraqlıdır. Bunu mətbuata açıqlamasında "dəmiryolçular"ın baş məşqçisi Yuri Syomin də təsdiqləyib.

Mənbə: Futbol11.az 

Son redaktə Cümə, 21 Aprel 2017