wrapper

Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Futbol11.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbir iki hissədən ibarət olub.

Öncə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 komanda yarımfinal cütlərinə bölünüb.

Püşk İspaniyanın iki təmsilçisi “Real” və “Atletiko”nu üz-üzə qoyub. Digər cütda isə "Yuventus" və "Monako" klubları münasibətlərinə aydınlıq gətirəcəklər

Çempionlar Liqası

Yarımfinal

“Real” (İspaniya) - “Atletiko” (İspaniya)

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində keçiriləcək

Son redaktə Cümə, 21 Aprel 2017