wrapper

Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi “Qarabağ” kubokuna və qızıl medallarına qovuşmaq üçün mövsümün sonunu gözləməyəcək.

Futbol11.az saytının məlumatına görə, “Qarabağ” mükafatına Topaz Premyer Liqasının XXVII turunda “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la oyundan sonra qovuşacaq.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olur.

Mənbə: Futbol11.az

Son redaktə Cümə, 21 Aprel 2017