wrapper

Bu mövsüm Topaz Premyer Liqasında və ölkə kubokunda medal üzünə həsrət qalan, son iki turda isə Avrokuboklara vəsiqə şansını saxlayan "Neftçi" mövsümün sonunda heyətində bir sıra dəyişikliklər edəcək. 

Futbol11.az xəbər verir ki, paytaxt təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən bir neçə futbolçu ilə yollarını ayıracaq. Əldə etdiyimiz məlumata görə, "ağ-qaralar" Mahir Şükürov başda olmaqla, Boban Baykoviç, Jairo Rodriges, Elvin Bədəlov, Murad Ağayev və Kamal Qurbanova qapı göstərəcək. 

Qeyd edək ki, artıq transfer çalışmalarına start verən klub "İnter"in qapıçısı Səlahət Ağayevlə 2 illik müqavilə imzalayıb. 

Futbol11.az

Son redaktə Cümə, 21 Aprel 2017