wrapper

Xəbər verdiyimiz kimi, I Divizionda mübarizə aparan köklü klublardan olan MOİK cari mövsümdə mükafatçılar sırasına düşə bilmədiyi üçün heyətdə islahatlar aparıb. Klub rəhbərliyinin eləcə də məşqçilər korpusunun qərarına əsasən 8 futbolçu ilə yollar ayrılıb.

Amma onların müqavilə ilə nəzərdə tutulan maaşları ödəniləcək. Digər tərəfdən iddialar var idi ki, MOİK ümumiyyətlə futbol sahəsindən çəkilir. Amma Futbol11.az saytının əldə etdiyi məlumata görə, məsələ tamamilə fərqlidir. 1918-ci ildə yaradılan Azərbaycan ordusunun gələn il 100 illiyi tamam olacaq. Ordu təmsilçisi məhz yubiley ilində çempionluğu bayram etmək istəyir. Buna görə də klub sıralarını gücləndirəcək.

Qeyd edək ki, MOİK klubuna hazırda gənc məşqçi Ramil Əliyev rəhbərlik edir.

Mənbə: Futbol11.az

Son redaktə Cümə, 21 Aprel 2017