wrapper

Xəbər verdiyimiz kimi, "Qarabağ" və "Qəbələ" klubları arasında mayın 5-də baş tutacaq Azərbaycan kubokunun final matçı Naxçıvanda keçiriləcək. 

Futbol11.az saytı olaraq "Araz Naxçıvan"ın icraçı direktoru Ceyhun Məmmədovla əlaqə saxlayıb, stadionunun son durumu, kubokun finalına hazırlıqlar barədə danışdıq. 

Cəyhun bəy saytımıza açıqlamasında bildirdi ki, Naxçıvan şəhər stadionu final oyunu üçün hazır vəziyyətdədir: "Açığı, stadionda bəzi kosmetik işlər görülməli idi. Bu məsələ ilə bağlı işlərə start vermişik və yekunlaşdırmaq üzrəyik. İnzibati binanı yenidən təmir etdirmişik. Planlaşdırmışdıq ki, aprel ayının 25-26 aralığında işlər yekunlaşdıraqi, məccə, belə də olacaq. Ümumi götürsək, ayın sonuna qədər hazırlıq işlərini başa vuracağıq".

Stadiondakı hazırlıq işləri ilə məşul olan Məmmədov bildirdi ki, arenada internet baxımından da problemn olmayacaq: "İnternet baxımından Naxçıvanda heç bir problem yoxdur. Bildiyiniz kimi, şəhərdə "NAXtel" fəaliyyət göstərir və bu baxımından problemimiz olmayacaq. Final oyununa qədər stadion istənilən sürətli internetlə təmin olunacaq".

"Araz Naxçıvan"ın rəsmisi stadionun ot örtüyünün vəziyyətindən də söz açıb: "Ötən ilin dekabr ayından Naxçıvanda qar yağmağa başladı və bu, mart ayına qədər davam etdi. Məncə, ot örtüyünün bəzi hissələrində problem məhz buna görədir. Amma işlər gedir, ot örtüyü hər gün sulanır, xüsusi qurğular vazsitəsi ilə bəslənilir. Ümid edirəm ki, finala qədər hər şey qaydasına düşəcək".

Çingiz Abasov 

Son redaktə Cümə, 21 Aprel 2017