wrapper

Portuqaliyanın “Boavişta” klubundan qalmaqalla ayrılan Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev hazırda vətəndədir. Futbol11.az saytının məlumatına görə, millinin vacib oyunları öncəsi klubsuz qalan qolkiper federasiya tərəfindən nəzarətə götürülüb.

Bizdə olan məlumata görə, təcrübəli qolkiper hər gün milli komandanın qapıçı-məşqçisi Faiq Əzizovun rəhbərliyi altında məşq edir. Onun karyerasını hansı klubda davam etidərəcəyi hələ ki bəlli deyil.

Mənbə: Futbol11.az

Son redaktə Cümə, 21 Aprel 2017