wrapper

Topaz Premyer Liqasının cari mövsümünü sonuncu pillədə başa vuracağı rəsmiləşən AZAL qarşıdakı iki oyuna imici üçün çıxacaq.

Azərbaycan milli komandasının sabiq kapitanı Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv Premyer Liqanın XXVII turunda “Kəpəz”i qəbul edəcək. Əhmədovu oyundan öncə iki futbolçusunun yoxluğu qayğılandırır. Futbol11.az saytının məlumatına görə Kamal Mirzəyev və Mehdi Taouil zədə səbəbindən “Kəpəz”ə qarşı oyunda meydançaya çıxa bilməyəcəklər.

Qeyd edək ki, AZAL - "Kəpəz" oyuu aprelin 23-də keçiriləcək. 

Futbol11.az